“Baku Steel Company”də “Metallurgiya və materialşünaslıq” fakültəsinin filialı açılacaq – FOTO
Azərbaycan Texniki Universitetinin (AzTU) nümayəndə heyəti “Baku Steel Company” MMC şirkətində işgüzar görüş keçirib.
Aktor.Az xəbər verir ki, görüşdə iştirak edən AzTU-nun məzunu və “Baku Steel Company” MMC-nin vitse-prezidenti Ramin Kərimov universitetlə şirkətin uzunmüddətli əməkdaşlığından söz açıb.
Bildirib ki, hazırda “Baku Steel Company”də AzTU-nun 626 tələbəsi metallurgiya sahəsi üzrə istehsalat təcrübəsində iştirak edir. Universitetin 135 məzunu isə şirkətin işçisidir.
Qeyd olunub ki, universitetlə şirkətin əməkdaşlığının on illiyi ilə bağlı “Baku Steel Company”də AzTU-nun “Metallurgiya və materialşünaslıq” fakültəsinin filialı açılacaq. Filial Azərbaycan Texniki Universiteti ilə Baku Steel Company MMC şirkətinin birgə Tədris Mərkəzi adlanacaq. Artıq bununla bağlı hər iki tərəf arasında saziş imzalanıb.