“İctimai” TV-nin əməkdaşı BİNADAN YIXILDI
Bu gün təxminən saat 12:40 radələrində İctimai Televiziya və Radio Yayımları Şirkətinin eşitmə və danışma qüsurlu əməkdaşı Rasim Babayev qurumun inzibati binasının altıncı mərtəbəsindən yerə yıxılıb.Bu barədə “Report”a şirkətdən məlumat verilib.
Bildirilib ki, şirkət əməkdaşları tərəfindən dərhal Təcili Tibbi yardım çağırılıb: “Rasim Babayev xəstəxanaya aparılıb. Hazırda o həkimlərin nəzarətindədir”.
Məlumatda qeyd edilib ki, hadisə əməkdaşın birbaşa əmək funksiyalarını yerinə yetirən zaman yaşanmayıb: “Bununla bağlı aidiyyatı orqanlara məlumat verilib”.