“Ekologiya carçıları” layihəsi başa çatıb – FOTOLAR 

Ekologiya carçıları layihəsinin son tədbiri uğurla başa çat. Layihənin əsas məqsədi sağlam ruhlu gənclərin yetişməsi, ekologiyanın qorunmasına töhfə verməkdir.

Layihənin təlimçisi, Azəbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının Tələbə Gənclər Təşkilatının sədri Murad Həsənxanlı  bildirib ki, Davamlı inkişaf konsepsiyası baxımından gənclərin rolu ölkədə ekologiyanın qorunması istiqamətində aparılan siyasətdə çox əhəmiyyətlidir.

Konfansda Lənkəran, Şamaxı və Zaqatala rayonlarıdan layihənin fəal iştirakçıları, layihənin ekspertləri və digər natiqlər “Ekologiya carçıları” layihəsinin region gənclərinə verdiyi töhfələr barəsində söz açıblar.Layihənin təlimçisi Murad Həsənxanlı layihənin müvəfəqiyyət və keyfiyyət göstəricilərinin statistikasından və layihənin cəmiyyətə qazandırdığı faydalardan söz açmışdır.Daha sonra isə tədbir iştirakçıları müxtəlif komandalara bölünərək ekologiya mövzusunda fərqli istiqamətlər üzrə simulyasilar təşkil etmiş və komandaların spikerləri tərəfindən təqdimatlar həyata keçirilmişdir.