“Ekologiya carçıları Şamaxıda – FOTOLAR
Azərbaycan Respublikası Gənclər Fondunun maliyyə dəstəyi ilə “Ekologiya carçıları” layihəsinin növbəti tədbiri Azərbaycan Dövlət Pedaqoji Universitetinin Şamaxı filialında təşkil olunub.
Layihənin əsas məqsədi sağlam ruhlu gənclərin yetişməsi, ekologiyanın qorunmasına töhfə verməkdir.
Layihənin təlimçisi, Azəbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının Tələbə Gənclər Təşkilatının sədri Murad Həsənxanlı bildirib ki, Davamlı inkişaf konsepsiyası baxımından gənclərin rolu ölkədə ekologiyanın qorunması istiqamətində aparılan siyasətdə çox əhəmiyyətlidir.
Təlimdə Azəbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının III kurs tələbəsi, layihə rəhbəri Səbinə Balayeva, ADPU-nun Şamaxı filialının direktor müavini Şəlalə Seyidova,ADPU Şamaxı filial TGT sədri Hilal Mürsəlov, Dövlət İdarəçilik Akademiyasının “Davamlı inkişafın idarə edilməsi” ixtisası üzrə tələbələri Leyla Məmmədova və Zərifə Xəlilzadə və digərləri çıxışlarında gənclərin Davamlı inkişafın 17 məqsədinin önəmindən və xüsusilə ekologiyanın qorunmasına aid olan məqsədlərdən söz açıblar. Daha sonra isə tədbir iştirakçıları müxtəlif komandalara bölünərək ekologiya mövzusunda müxtəlif istiqamətlər üzrə simulyasilar təşkil edilmiş və komandaların spikerləri tərəfindən təqdimatlat həyata keçirilmişdir.