“Ekologiya carçıları” layihəsinə start verilib – FOTOLAR

Azərbaycan Respublikası Gənclər Fondunun maliyyə dəstəyi ilə “Ekologiya carçıları” layihəsinin birinci tədbiri Bakı 1 saylı Tibb Kollecində təşkil olunub.

Layihənin əsas məqsədi sağlam ruhlu gənclərin yetişməsi, ekologiyanın qorunmasına töhfə verməkdir.

Layihənin təlimçisi, Azəbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının Tələbə Gənclər Təşkilatının sədri Murad Həsənxanlı bildirib ki, Davamlı inkişaf konsepsiyası baxımından gənclərin rolu ölkədə ekologiyanın qorunması istiqamətində aparılan siyasətdə çox əhəmiyyətlidir.

Təlimdə Azəbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının Həmkarlar İttifaqı Komitəsinin sədr müavini Zərif Qazi, Bakı 1 saylı Tibb Kolecinin Tələbə Gənclər Təşkilatının sədri Elnur Həsənbəyli, Dövlət İdarəçilik Akademiyasının “Davamlı inkişafın idarə edilməsi” ixtisası üzrə tələbələri Leyla Məmmədova və Zərifə Xəlilzadə və digərləri çıxışlarında gənclərin Davamlı inkişafın 17 məqsədinin önəmindən və xüsusilə ekologiyanın qorunmasına aid olan məqsədlərdən söz açıblar. Daha sonra isə tədbir iştirakçıları müxtəlif komandalara bölünərək ekologiya mövzusunda müxtəlif istiqamətlər üzrə simulyasilar təşkil edilmiş və komandaların spikerləri tərəfindən təqdimatlat həyata keçirilmişdir.