Şura elektron xidmətlərlə bağlı daha bir ilkə imza atır!
Prezident yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurası qrant müsabiqəsinin qalibi olan QHT-lərlə müqaviləni ilk dəfə olaraq 2020-ci ildən etibarən canlı təmas olmadan ASAN və ya elektron imza vasitəsilə həyata keçirəcək.
Şuranın qəbul etdiyi qərara uyğun olaraq layihə sənədlərinin (layihə, icra planı, xərclər smetası) razılaşdırılması prosesi SƏLİS-in e-növbə proqramı vasitəsilə aparılır, daha sonra tərəflər arasında müqavilə elektron qaydada imzalanır.
Qeyd edək ki, indiyədək qrant müsabiqələrində qalib olan QHT-lər müvafiq müqaviləni SƏLİS-in e-növbə proqamının vasitəsi ilə Şuranın ofisində imzalayırdı.