Azərbaycanda insan haqlarına yeni baxış

Azərbaycanda insan haqları və ya Azərbaycanda insan hüquqları – 1995-ci il noyabrın 12-də qəbul edilmiş Konstitusiya Azərbaycanda əsas insan hüquq və azadlıqlarının həyata keçirilməsinə əsaslanan yeni dövlət quruculuğunun başlanğıcını qoymuşdur.
 
Konstitusiya ölkədə insan hüquq və azadlıqlarının qorunmasının əsasını təşkil edir. Sənədin “Əsas insan və vətəndaş hüquqları və azadlıqları” adlı üçüncü fəsli insan hüquqlarının geniş dairəsini əhatə edən 48 maddəni özündə əks etdirir.İnsan haqlarının əsas məğzi ondan ibarətdir ki,bütün insanlar eyni hüquqa malik olmalıdırlar və bu hüquqlar izahata ehtiyac olmadan hər kəsə aid edilir. Hər kəsin doğulduğu andan toxunulmaz,ayrılmaz hüquqları və azadlıqları vardır. İnsan haqları demək olar ki, dünyanın bütün ölkələri tərəfindən qəbul edilir. bu məsələnin universallığından çox vaxt bu və ya digər dövlətlərində insan haqlarından sui-istifadə halları əsas götürülərək onlara qarşı hərbi və iqtisadi təzyiq göstərmək üçün istifadə edilir.İnsan haqları hər bir insan onun mənsub olduğu irqdən,dildən,dindən,siyasi və digər baxışlardan,doğum və başqa hallardan asılı olmayaraq təmin olunmuş insan haqlarına və azad olmaq hüququna malikdir.
İnsan hüquqları həm də hər şeyin fövqündə insan amilini qoyaraq, onun haqlarını bütün növ fəaliyyətlərdə qoruyur, qorumalıdır da.
İnsan haqları ölkə daxili məsələ deyil, onun qorunması, təmini qlobal səciyyə daşıyır. Bütün ölkələrin həm də digər funksiyası beynəlxalq insan haqlarının qorumaq və keşiyində dayanmaqdır.
Hər bir ölkənin başqa formada imici dünyada tanınan insan hüquqlarının qorunması sahəsində mövcud qanunvericiliyə müasibətindən də asılıdır.
– İrqi ayrı-seçkiliyin bütün formalarının ləğv edilməsi haqqında Beynəlxalq Konvensiya;
– Mülki və siyasi hüquqlar haqqında Beynəlxalq Pakt;
– Mülki və Siyasi Hüquqlara dair Beynəlxalq Paktın İlk İstiqamətli Protokolu;
– Mülki və Siyasi Hüquqlar haqqında Beynəlxalq Paktın İkinci Əlavə Protokolu;
– “İqtisadi, sosial və mədəni hüquqlar haqqında” Beynəlxalq pakt;
– BMT-nin İşgəncələrə qarşı Konvensiyası;
– Qadınlara qarşı ayrı-seçkiliyin bütün formalarının aradan qaldırılması haqqında Konvensiya;
– Uşaq Hüquqları Konvensiyası;
– Əlilliyi olan şəxslərin hüquqları haqqında Konvensiya;
– Birləşmiş Millətlər Təşkilatının Bütün əməkçi miqrantların və onların ailə üzvlərinin hüquqlarının qorunması üzrə Konvensiya;
– Birləşmiş Millətlər Təşkilatının Korrupsiya əleyhinə Konvensiyası;
Və onlarla digər ciddi sənədlər mövcuddur.
Azərbaycan Respublikasında insan hüquqları Avropa təşkilatları ilə münasibətlərdə həmişə xüsusilə önə çıxır.
Ümumiyyətlə, bu sahədə tərəflər arasında çoxsaylı fikir anlaşmazlığı, ortaq məxrəcə gəlməmək, ikilistandart, qarşıdurma mühiti hökm sürür.
Parlamentin dünənki iclasında formalaşdırılan yeni komitələr, xüsusilə İnsan Hüquqları Komitəsi bu baxımdan yeni müstəvidə iş aparmalıdır.
Onun sədri Zahid Orucun fəaliyyəti, diskussiyaya meylliliyi, beynəlxalq təcrübəsi, parlamentçi baxışı imkan verir ki, insan haqları sahəsində həm fəaliyyət koordinasiya edilsin, həm də ötən illərdəki tənqidi yanaşmadan imtina edilməlidir və Amnesty International, Humans Rights Watch, Freedom House, Birləşmiş Millətlər Təşkilatının İnsan Haqları Şurası masaya dəvət edilməlidir.
Hesab edirəm ki, Zahid Orucun rəhbərlik edəcəyi komitə Azərbaycanda dini etiqad azadlığı, əlil şəxslərin haqları, insan alveri, işgəncə və sui-istifadə, korrupsiya, qaçqın haqları, qadın haqları, media azadlığı, söz azadlığı, siyasi hüquqlar, uşaq hüquqları, sosial-iqtisadi və mədəni hüquqlar – əlverişli ətraf mühitin təmin olunması, əmək haqları, sağlamlıq hüququ
mənzil hüququ, təhsil hüququ, yaradıcılıq azadlığı, ədalət mühakiməsi, cinayət və icra sahəsində yeni baxış ortaya qoyacaq.
Bu fəaliyyətlərin reallaşdırılmasında paralel olaraq millət vəkilinin rəhbərlik etdiyi Sosial Tədqiqatlar Mərkəzinin də xüsusi rol oynayacağına da böyük ümidlər var.
Əziz Əlibəyli
Sosial Tədqiqatlar Mərkəzinin Baş Məsləhətçisi,
Mətbuat Xidmətinin rəhbəri