Azərbaycanda teatr və konsert müəssisələri bağlandı
Azərbaycanda fəaliyyət göstərən teatr və konsert müəssisələri koronavirus epidemiyası təhlükəsinə görə fəaliyyətini dayandırıb.Bu barədə Mədəniyyət Nazirliyindən bildirilib.
Bununla bağlı Mədəniyyət naziri Əbülfəs Qarayev müvafiq əmr imzalayıb. Əmrə əsasən, martın 7-dən etibarən mədəniyyət müəssisələrində konsert və tamaşalar təxirə salınıb.
Teatr və konsert müəssisələri fəaliyyətini martın 27-dən sonra davam etdirəcək.