Çingiz Qənizadə:”Elçibəy dövlət idarəçiliyi üçün zəif şəxsiyyət idi” – VİDEO

“Elçibəy, dövlət idarəçiliyi üçün zəif şəxsiyyət idi”.Bu sözləri Milli Məclisin IV və V çağırış deputatı Çingiz Qənizadə Speys TV-də yayımlanan “Sadə həqiqətlər” verilişinin qonaq olarkən deyib.

O, dövləti idarə etməyin başqa bir anlayış olduğunu bildirib:

“Əbülfəz Elçibəy təmənnasız bir insan idi. Bu adam üçün türkçülük və dövlətçilikdən savayı bir amal yox idi. Amma Elçibəy idarəçi deyildi. Dövləti idarə etmək – bu Allahın vergisidir. Bu bir peşədir, bu bir sənətdir. Elçibəy, dövlət idarəçiliyi üçün zəif şəxsiyyət idi. Dövləti idarə etmək başqa bir şeydir.