Rəcəbov şahmatın əsas yarışından imtina etdi

Azərbaycanlı şahmatçı Teymur Rəcəbov İddiaçılar Turnirində iştirakdan imtina edib.

Aktor.Az-ın Beynəlxalq Şahmat Federasiyasının (FIDE) rəsmi saytına istinadən verdiyi məlumata görə, tanınmış qrossmeyster şəxsi səbəblərdən bu addımı atıb. O, qərarı barədə FIDE-ni də xəbərdar edib. Ali şahmat qurumu Rəcəbovu reytinq siyahısında daha öndə olan fransalı Maksim Vaşye-Laqravla əvəzləyib.

Teymur Rəcəbov İddiaçılar Turnirinə Dünya Kubokunun qalibi kimi vəsiqə qazanmışdı. Yarış martın 15-dən aprelin 5-dək Rusiyanın Yekaterinburq şəhərində keçiriləcək.