Lənkəranda “Ekologiya carçıları” layihəsi keçirilib – FOTOLAR
“Ekologiya carçıları” layihəsi başa çatmışdır.Layihənin əsas məqsədi sağlam ruhlu gənclərin yetişməsi, ekologiyanın qorunmasına töhfə verməkdir.
Layihənin təlimçisi, Azəbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının Tələbə Gənclər Təşkilatının sədri Murad Həsənxanlı bildirib ki, Davamlı inkişaf konsepsiyası baxımından gənclərin rolu ölkədə ekologiyanın qorunması istiqamətində aparılan siyasətdə çox əhəmiyyətlidir.
Təlimdə Lənkəran şəhər Gənclər və İdman İdarəsinin rəisi Mikayıl Cəfərzadə,Azəbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının II kurs tələbəsi, layihənin eksperti Rəhiməxanım Mürşüdlü, Lənkəran Dövlət Universitetinin Tələbə Gənclər Təşkilatının sədri Əli Həsənov və digər natiqlər Davamlı inkişafının 17 məqsədinin önəmindən və xüsusilə ekologiyanın qorunmasına aid olan məqsədlərdən söz açıblar. Daha sonra isə tədbir iştirakçıları müxtəlif komandalara bölünərək ekologiya mövzusunda fərqli istiqamətlər üzrə simulyasilar təşkil etmiş və komandaların spikerləri tərəfindən təqdimatlar həyata keçirilmişdir.