Zaqatalada “Ekologiya carçıları” layihəsi keçirilib – FOTOLAR
“Ekologiya carçıları”layihəsinin növbəti tədbiri Zaqatalada uğurla başa çatdıLayihənin əsas məqsədi sağlam ruhlu gənclərin yetişməsi, ekologiyanın qorunmasına töhfə verməkdir.
Layihənin təlimçisi, Azəbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının Tələbə Gənclər Təşkilatının sədri Murad Həsənxanlı bildirib ki, Davamlı inkişaf konsepsiyası baxımından gənclərin rolu ölkədə ekologiyanın qorunması istiqamətində aparılan siyasətdə çox əhəmiyyətlidir.
Təlimdə Azəbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının III kurs tələbəsi, layihə rəhbəri Səbinə Balayeva, Dövlət İdarəetmə və Texnologiyalar Kollecinin direktoru Həzrət Qocayev, Dövlət İdarəçilik Akademiyasının tələbəsi, layihənin eksperti Leyla Məmmədova və digərləri çıxışlarında gənclərin Davamlı inkişafının 17 məqsədinin önəmindən və xüsusilə ekologiyanın qorunmasına aid olan məqsədlərdən söz açıblar. Daha sonra isə tədbir iştirakçıları müxtəlif komandalara bölünərək ekologiya mövzusunda fərqli istiqamətlər üzrə simulyasilar təşkil etmiş və komandaların spikerləri tərəfindən təqdimatlar həyata keçirilmişdir.