Konstitusiya Məhkəməsi seçkilərin nəticələrini təsdiq edib
Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu 2020-ci il fevralın 9-da Milli Məclisə keçirilmiş seçkilərin nəticələrini təsdiq edib.
Aktor.Az-ın məlumatına görə, Plenumun iclasında Milli Məclisə seçkilərin nəticələrinin yoxlanılması və təsdiq edilməsinə dair yekun qərar qəbul olunub.
Konstitusiya Məhkəməsinin sədri Fərhad Abdullayev Plenumun qərarını elan edib. Qərara əsasən, Konstitusiya Məhkəməsi Milli Məclisə keçirilmiş seçkilərin nəticələrini təsdiq edib.