Şəfa Mehmanqızına Socar Capital-da yeni vəzifə verildi

Azərbaycanın tanınmış aparıcısı, jurnalist Şəfa Mehmanqızı yeni vəzifəyə təyin edilib.O SOCAR Capital-ın İctimaiyyətlə əlaqələr üzrə koordinatoru vəzifəsinə təyin edilib. O artıq öz işinə başlayıb.

Qeyd edək ki, Şəfa Mehmanqızı bundan öncə Azərbaycan Respublikasının Gənclər Fondunun mətbuat xidmətinin rəhbəri vəzifəsinə çalışıb. Həmçinin Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzinin (NİİM) ictimaiyyətlə əlaqələr şöbəsində mütəxəssis, daha sonra şöbənin rəhbəri kimi işləyib. 2013-cü ildə Xəzər Televiziyasında “Bizim gün” səhər proqramının aparıcısı kimi fəaliyyət göstərib.