Milli Məclisin ilk iclasının vaxtı bəlli oldu
Milli Məclisin yeni tərkibdə ilk iclası gələn həftə keçiriləcək.Bu barədə Milli Məclisdən məlumat verilib.Bildirilib ki, iclasın martın 10-da keçirilməsi gözlənilir.
Belə ki, martın 5-də Konstitusiya Məhkəməsinin qərarından sonra, bir həftə ərzində Milli Məclisin ilk plenar iclası çağrılmalıdır. İclasın gələn həftənin ilk günlərində keçirilməsi gözlənilir.
Əldə etdiyimiz məlumata görə, Milli Məclisin 9 fevralda Milli Məclisə altıncı çağırış üzrə növbədənkənar parlament seçkilərindən sonra formalaşan ilk parlamentin iclası martın 10-da keçiriləcək.