Rektor “AgroHackathon 2020” müsabiqəsində iştirak edən tələbələrlə görüşüb – FOTOLAR

Azərbaycan Texniki Universitetinin (AzTU) rektoru Vilayət Vəliyev “AgroHackathon 2020” startap müsabiqəsində iştirak edən tələbələrlə görüşüb.Bu barədə Universitetdən Aktor.Az-a verilən məlumatda deyilir.

Rektor müsabiqədə fərqləndiklərinə görə tələbələrə təşəkkürünü bildirib və onların universitet tərəfindən xüsusi mükafata layiq görüləcəyini deyib.

Qeyd edək ki, “AgroHackathon 2020” müsabiqəsində iştirak üçün ölkənin qabaqcıl ali təhsil müəssisələrini təmsil edən 50-dən artıq komanda müraciət edib. Onlardan 11 fərqli ali məktəbi təmsil edən 15 komanda müsabiqənin final mərhələsində iştirak hüququ qazanıb.

Fevralın 29-dan start verilən müsabiqədə komandalar 2020 dəqiqə ərzində istixanaların suvarma sistemləri üçün proqram yazıblar. Müsabiqə bu gün saat 06:00-da yekunlaşıb. İştirakçılar onlara verilmiş texniki tapşırığın öhdəsindən uğurla gələrək 2020 dəqiqə ərzində ölkə üzrə rekord sayılacaq qədər kod yazmaqla istixanaların suvarma sistemləri üçün proqram hazırlayıblar.

Tərəvəzçilik Elmi-Tədqiqat İnstitutunun təşəbbüsü ilə müsabiqədə xüsusi fərqlənmiş Azərbaycan Texniki Universitetinin komandasının şərəfinə institut tərəfindən yetişdirilmiş yeni pomidor sortuna “AzTU-2020” adı verilib.