Bakıda xəstəxananın dam örtüyü qopub
Bakıda xəstəxananın dam örtüyünün bir hissəsi qopub.
Fövqəladə Hallar Nazirliyindən verilən məlumata görə, Yasamal rayonunda altımərtəbəli xəstəxana binasının dam örtüyünün bir hissəsinin yerindən qoparaq ağacın üzərinə düşməsi barədə məlumat daxil olub. Ərazidən keçən insanların təhlükəsizliyinin təmin edilməsi məqsədilə Xüsusi Riskli Xilasetmə Xidmətinin xilasediciləri çağırış ünvanına cəlb olunub.
Xilasedicilər ərazidə müvafiq təhlükəsizlik tədbirləri həyata keçiriblər.