“Uşaqların Ədliyyəyə çıxışı” mövzusunda beynəlxalq konfrans keçirilib – FOTOLAR
25-27 fevral 2020-ci il tarixində Ümidli Gələcək STİB-nin, UNİCEF-Azərbaycan və Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin nümayəndələri UNİCEF tərəfindən təşkil edilmiş “Uşaqların Ədliyyəyə çıxışı” mövzusuna həsr edilmiş və 180 ölkənin təmsil olunduğu konfransda iştirak ediblər.
Əsasən dövlət qurumlarının və beynəlxalq təşkilatların nümayəndələrinin qatıldığı konfransın ilk günü Bosniya və Hersoqovinanın Parlamentinə səfərlə başlamış, bu ölkənin aparıcı qurumlarının rəhbərlərinin (Ədliyyə naziri, UNİCEF, UNDP, Səfirlər və s.) çıxışları və hesabatları ilə yadda qaldı.
Konfrans əsasən ölkələrin Yuvenal Ədliyyə sahəsində dövlət səviyyəsində görülən işləri, yaradılmış məhkəmə-uşaq otaqları, prokurorluq orqanlarının uşaqlarla apardıqları iş, uşaqlara pulsuz hüquqi yardımın göstərilməsi, uşaqlara dair qanunvericilik haqqında ətraflı məlumat və bir neçə ölkənin uşaqlara qarşı zorakılığının önlənməsində İNSPİRE Strategiyasının tədbiq edilməsi vacibliyi haqqında fikirləri ilə bölüşdülər.
Bununla yanaşı, tədbir yetkinlik yaşına çatmayan dövrdə öz ölkələrində yuvenal ədliyyə proqramından yararlanan bir neçə gəncin iştirakı və çıxışı ilə yadda qaldı. Gənclər bu cür proqramların, xüsusilə reinteqrasiya və sosial xidmət mərkəzlərinin vacibliyi və onların bütün uşaqların yönlənməsi üçün xidmətlərin davamlı fəaliyyəti üçün UNİCEF və bütün ölkələri səfərbər olmağa çağırdılar.