“Tövbə edənlər koronavirusa yoluxmayacaq”-Hacı Əbdüldən ŞOK AÇIQLAMA
“İndiyədək kimlər ki, Allaha dua ediblər, onlara koronavirusu təsir edə bilməz. Hətta, dua edən həmin insanlar koronavirus infeksiyasının yayıldığı Çinin Vuhan şəhərində də yaşasalar, onlar virusa tutulmayacaqlar”.Bu fikirləri Demokrat.az-a açıqlamasında tanınmış din xadimi, “Tövbə” cəmiyyətinin sədri Hacı Əbdül Əbdülov bildirib.
Hacı Əbdül deyib ki, tövbə edən və Allahın yanında olan insanlara koronavirus təsir etmir:
“Son zamanlar çinlilər Allaha qarşı çox şəkk edirdilər, Allahın haram buyurduğu işləri görürdülər. Nəticədə Allah onları cəzalandırdı. Allahdan böyük heçnə yoxdur”.
Əbdül Əbdülov qeyd edib ki, tövbə edənlər və Allahın yanında olanlar koronavirusa yoluxmayacaq:
“Bir halda ki, həmin adamlar gərək sidqi ürəklə Allaha tövbə etsinlər. Bu zaman onlara virus təsir etməyəcək. Bəzi adamlar deyirlər ki, guya spirtli içki içəndə virusa yoluxmursan və sairə. Bunu kim deyirsə, o adamın özü çoxdan virusa yoluxub. Araq içməklə virusun qarşısını ala bilmərsən. Bunu edənlər çoxdan virusa yoluxmuş adamlardır. Allah onlara rəhm etsin. Spirtli içki içməyi Allah haram buyurur”.