Tələbə-rektor ilin idmançısı seçildi

Azərbaycan Texniki Universitetinin (AzTU) II kurs tələbəsi və tələbə-rektoru Əli Abdullazadə 2019-cu ildə idman sahəsində göstərdiyi nailiyyətlərə görə ilin idmançısı seçilib.Bu barədə Universitetdən Aktor.Az-a verilən məlumatda deyilir.

Tələbəmiz Azərbaycan Qocyu-Ryu Okinava Karate-Do və Kobudo Kempo Növləri Federasiyası Beynəlxalq Cyuqo Kobute və Kempo-Ryu Federasiyasının fəxri fərmanı ilə təltif edilib.

Rektor Vilayət Vəliyev Əli Abdullazadəni ilin idmançısı seçilməsi ilə əlaqədar qəbul edib, onu təbrik edib. Rektor ona dərslərində və idman sahəsində daha yeni uğurlar əldə etməyi arzulayıb.

Qeyd edək ki, Əli Abdullazadə AzTU-nun ilk tələbə-rektorudur. O, 2019-cu ilin mayında karatenin kempo növü üzrə dünya, dekabrında isə Avropa çempionu olub.