İran parlamentinin komitə sədri də koronavirusa yoluxdu – VİDEO
İran parlamentinin milli təhlükəsizlik və xarici siyasət komitəsinin sədri Mojtaba Zonnur yeni koronavirusa yoluxub. Bu barədə komitə sədri öz videomüraciətində deyib.
Trend Fars informasiya agentliyinə istinadən məlumat verir ki, M.Zonnur onun verdiyi analizlərin nəticəsinin pozitiv elan olunduğunu bildirib.
Zonnur hazırda karantində olduğunu, heç bir narahatlığın olmadığını deyib.
Qeyd edək ki, İranın səhiyyə nazirinin müavini və koronavirusla mübarizə komitəsinin katibi İrəc Hərirçi də yeni koronavirusa yoluxub.
İranın Səhiyyə, Müalicə və Tibbi Təhsil Nazirliyi İranda indiyədək yeni koronavirus nəticəsində 19 nəfərin həlak olduğunu və 139 nəfərin bu virusa yoluxduğunu təsdiqləyib.