Əsədov: Hər kəs deyir ki…
Bakı şəhər Dövlət Yol Polisi İdarəsi dayanma, durma və parklanma ilə bağlı avtomobil sürücülərinə müraciət edib.
İdarənin ictimaiyyətlə əlaqələr bölməsinin rəisi, polis polkovniki Vaqif Əsədov Trend-ə bildirib ki, dayanma, durma və parklanma prioritret məsələlərdəndir:
V.Əsədov bildirib ki, gün ərzində daxil olan şikayətlərin 75-80 faizi dayanma, durma və parklanma ilə bağlı inzibati məsuliyyətə cəlb edilənlərdən gəlir: “Hər kəs deyir ki, mən bir dəqiqəlik dayanmışdım, ancaq araşdıranda məlum olur ki, heç də belə deyil. İki hərəkət zolağı olan biristiqamətli yolun hərəkət hissəsində 30 saniyə dayanılması pik saatlarında 60-a yaxın sürücünün 5 dəqiqə ləngiməsi deməkdir. Ona görə də, dayanma, durma və parklanma ilə bağlı nəzarət gücləndirilib”.