Ali Baş Komandanın siyasətinə inanırıq – Rüstəm Bilalov

Ağsu İdman Kompleksinin gənc idmançıları Xocalı  faciəsi qurbanlarını yad ediblər. Mərasimə toplaşanlar qətliam iştirakçılarının əziz xatirəsini bir dəqiqəlik sükutla yad etdikdən sonra rayon mərkəzində yerləşən Şəhidlər xiyabanını ziyarət ediblər.

Kompleksdə kikboksinq üzrə məşqçi, altı dəfə Azərbaycan çempionu, cüdo üzrə dəfələrlə müxtəlif turnirlərin qalibi və yeddi dəfə zona çempionu olmuş, Azərbaycan İqtisad Universitetinin məzunu Rüstəm Bilalov faciə ilə bağlı çıxışında bu sözləri qeyd edib:

“Xocalı qətliamı tək ölkəmizin yox, bütün türk dünyasının və bəşəriyyətin faciəsidir. Bizlər Ali Baş Komandan İlham Əliyevin bu terrorla bağlı dünya ictimaiyyətinin, beynəlxalq təşkilatların səssiz qalmaması üçün, həmçinin cinayətkarların cəzalandırılması yolunda apardığı siyasətə güvənir və günahkarların cəzasız qalmayacağına inanırıq”.