NƏDƏN XOCALIYA GEDƏ BİLMƏDİK?

Xocalıda  şəhid olmuş Dilarə xanımın parlaq xatirəsinə həsr edilir.

 Məhəmmədəli əmim (bibimoğlu olsada yaşlı olduğu üçün əmi deyirdik) məni çağrıb dedi:  “Hazırlaş sabah səni  Dilarə bibingilin həyətindəki gilasları yığmağa aparacam”. Xocalıya gedecəyimə o qədər sevindim ki,  sabahın açılmasını səbirsizliklə gözlədim və səhər açılar açılmaz qaçdım Məhəmmədəli əmimin yanına nə vaxt gedirik Xocalıya?. Məhəmmədəli əmim bildirdi ki, Yusifin uşağı olub o üzdən Gülüstanı (gəlinlərini) xəstəxanaya aparıblar. Düzü mən çox təəsüfləndim amma nə etmək olardı. Bu xoş surpiriz nəticəsində mənə Xocalını görmək nəsib olmadı. Ancaq Xocalıda vəziyyət get-gedə pisləşirdi  Xocalıda yaşayan  Dilarə bibim (bibimqızı olsada yaşlı olduğu üçün bibi deyirdik) hərdən kəndə gəlirdi. Oradakı vəziyyətlə maraqlanırdılar o ermənilərdən çəkinmədiklərini bildirirdi. Uşaqlıq yaddaşımda   mehribanlığı qayğıkeşliyi ilə  iz buraxmış Dilarə bibimin  Xocalı faciəsinin qurbanı olacağını heç ağlımıza gətirməzdik.

Nürəliyeva Dilarə Oruc qızı 1930-cu ildə Şərur-Dərələyəz qəzasının Çivə kəndində anadan olub. Anası Sidiqə Əhməd bəy qızı Vəkilova Şərur-Dərələyəz qəzasının naibi olmuş Həsənalı Sultan Vəkilovun nəvəsidir. Ailəsi ilə birlikdə 1951-ci il tarixdə Stalinin qərarı ilə Şərur-Dərələyəz qəzasından deportasiya edilərək Bərdə rayonunun İmirli kəndinə  köçürülüblər. Bir müddət burada qaldıqdan sonra ailə həyatı ilə bağlı Xocalıya köçüb. 26 fevral 1992-ci il tarixdə Xocalı şəhərində şəhid olub.

Nəhayət o müdhiş soyuq fevral gecəsi  Xocalıda kütləvi insan qırğını olduğu barədə xəbərlər gəldi. Lakin  Azərbaycanın o vaxtkı səriştəsiz və qorxaq rəhbərliyi Ayaz Mütəllibov ciddi-cəhdlə belə bir qırğının olmadığını sübut etməyə çalışırdı. Lakin fakt faktlığında qalırdı dünyanın gözü qarşısında böyük bir insanlıq dramı yaşanmışdır. Azərbaycan türklərinə qarşı genosid siyasəti həyata keçirilmiş 366 rus alayının hərbi dəstəyi ilə ermənilər Xocalıda soyqırım həyata keçirmişdir. Bu hadisələrə hər kəs öz fərdi xüsusiyyətlərinə uyğun olaraq reaksiya verirdi. Bəzi insanlar daha təhlükəsiz yerlərə getmək bəziləri isə Xocalıya köməyə getmək istəyirdilər. Xocalı soyqırımı təkcə  orada əzizlərini itirən insanların deyil Azərbaycan türklərinin faciəsi idi. Lakin bizim  ilk ağlımıza gələn Dilarə bibim oldu görəsən Dilarə bibimin başına nə iş gəlib? Sağdımı yoxsa şəhid olub? Bu sualları yaxınlarımızı düşündürürdü. Nəsildə hər kəsin qeyrət mücəssəməsi kimi tanıdığı Məhəmmədəli əmi artıq dünyasını dəyişmişdi. O, bacısı Dilarənin faciəli ölümünü yaxşı ki görmədi. Çox cəsur və emosianal adam idi onun ürəyi bu faciəyə çətin tab gətiərədi. Məhəmmədəli əmimin yoxluğu bu missiyanı onun oğlu Yusifin üzərinə düşməsinə səbəb oldu. Yusif bu missiyanı ləyaqətlə həyata keçirdi. O, 26 fevral tarixindən Dilarə bibimin meyyitinin  Ağdam məscidinə gətirildiyi günə qədər hər gün Dilarə bibimdən xəbər öyrənmək üçün cəbhə bölgəsinə gedirdi. Hər gün hər kəs  Yusifin gəlişini gözləyirdi ki, Dilarə bibimdən nə xəbər gətirəcək. Nəhayət 22 mart 1992-ci il tarixdə Xocalı faciəsi törədildikdən bir aya yaxın vaxt keçdikdən sonra Dilarə bibimin meyyitdi Ağdam məscidinə gətirildi. Yusif  o günləri belə xatırlayır . Həmin günü meyittlər gətirildi və mən meyyitlərin içindən axtara-axtar bibimi tapdım. İki ayağındann güllə yarsı almışdır.Bir qadın Dilarə bibimin öldürülməsinin şahidi olmuşdu və orada danışdrdı ki, Dilarə xanım iki ayaqlarından yaralanmışdı erməni hərbicisi gəlib ciyinlərindən vurub qışqırırdı ki durun qalxın  Dilarə xanım erməniyə  korsan görmürsən ayaqlarım yaralıdır  deyib erməninin üzünə tüpürdü  və ürəyinin üstündə saxladığı şəkili çıxardıb erməniyə tərəf uzdaraq qrdaşım sağ olsaydı sən belə edə bilməzdin dedi və  erməni onu güllələdi.

Keşməkeşli bir ömür yaşamış Dilarə xanımın adı Azərbaycanın müstəqilliyi və azadlığı uğrunda şəhid olmuş Xocalı soyqırımının qurbanları siyahısına yazıldı. Məkanı cənnət olsun!..

 

Səməd Vəkilov

Hüquqşünas