İranda bələdiyyə sədrinə koronavirus diaqnozu qoyuldu

İran dövlət televiziyası paytaxt Tehran şəhərində 13-cü bölgənin bələdiyyə sədri olan Murtəza Rəhmanzadəyə koronavirus diaqnozu qoyulduğunu açıqlayıb.

 

“Report” “Euronews”a istinadən xəbər verir ki, vəzifəli şəxs infeksiyaya yoluxduğu şübhəsi ilə xəstəxanaya aparılıb.

 

Xəbərdə M.Rəhmanzadədən götürülən analizlərin nəticələrinin pozitiv çıxdığı vurğulanıb.

 

Qeyd edək ki, İranda 18 nəfərə koronavirus diaqnozu qoyulub, onlardan 5-i ölüb.