FotoManşetTəhsilXəbər xətti

AzTU ilə Sumqayıt Texnologiyalar Data Mərkəzi əməkdaşlıq müqaviləsi imzaladı – FOTOLAR

Fevralın 20-də Azərbaycan Texniki Universitetinin (AzTU) rektoru Vilayət Vəliyev Sumqayıt Texnologiyalar Data Mərkəzinin (STDM) direktoru Elvin Aslanovla görüşüb.Bu barədə Universitetdən Aktor.Az-a verilən məlumatda deyilir.

Görüşdə elmi-texniki, innovasiya, texnoloji yeniliklərin tətbiqi və müasir əmək bazarının tələblərinə uyğun, yaradıcı, müasir texnologiyaların tətbiqini mənimsəyən gənc kadrların hazırlanması ilə bağlı fikir mübadiləsi aparılıb.

STDM-in əməkdaşlarının tələbələr üçün təqaüdlü ustad təcrübə proqramları, magistr, doktorant və universitet işçiləri üçün isə fərdi inkişaf mövzularında seminar və təlimlərin keçməsi müzakirə olunub.

Görüşün sonunda AzTU ilə Sumqayıt Texnologiyalar Data Mərkəzi arasında əməkdaşlıq haqqında müqavilə imzalanıb.