Paytaxtda ölümlə nəticələnən qəza olub
Suraxanı rayonunun Ramana qəsəbəsində “JEEP” markalı avtomobillə paytaxt sakini Tural Mirhadıyev vurulub.
Daxili İşlər Nazirliyindən verilən məlumata görə, yanvarın 5-də saat 19 radələrində Suraxanı rayonunun Ramana qəsəbəsində Bakı şəhər sakini Kənan Vəliyev idarə etdiyi “JEEP” markalı avtomobillə yolu keçən paytaxt sakini T.Mirhadıyevi vurub.Piyada hadisə yerində ölüb.
Suraxanı RPİ tərəfindən araşdırma aparılır.