Qlobal borc rekord qırdı
Beynəlxalq Maliyyə İnstitutunun (IIF) məlumatlarına görə, qlobal borc səviyyəsi 2017-ci ilin üçüncü rübündə 233 trilyon dollara çataraq rekord qırıb.
“Marja” xəbər verir ki, 3-cü rübdə qlobal borc 2016-cı ilin sonu ilə müqayisədə 16 trilyon dollar artıb.
İnkişaf etməkdə olan bazarlar içində ən yüksək borclanmanı Çin edib. Ancaq Çinin borc artım sürəti yavaşlayıb.
2012-2016 dövründə illik 17% olan borc artım sürəti 2017-ci ildə 2 faiz səviyyəsinə enib.