QHT Şurasının sədri Elməddin Behbudu Fəxri Fərmanla təltif etdi – FOTOLAR
Bu gün Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının İctimaiyyətlə Əlaqələr Bölməsinin rəhbəri Elməddin Behbudun 35 yaşı tamam olur.Elməddin Behbud uzun illərdir ki, QHT-lərin inkişafında, vətəndaş cəmiyyəti institutlarının mətbuatla əlaqələrinin gücləndirilməsində, QHT-media əməkdaşlığında yaxından iştirak edir.
Bu münasibətlə Şura sədri, Milli Məclisin deputatı Azay Quliyev yubilyarı Şuranın Fəxri Fərmanı ilə təltif edərək ən xoş arzularını bildirib və onu rəhbərlik etdiyi qurumun adından təbrik edib.
Həmkarımızı təbrik edir, ona uğurlar arzulayırıq!