GündəmManşetSiyasətXəbər xətti

Deputat Elman Nəsirov Göyçayda seçiciləri ilə görüşdü – FOTOLAR

Milli Məclisin deputatı Elman Nəsirov növbəti dəfə Göyçay rayonunda seçiciləri ilə görüşüb. Aktor.Az xəbər verir ki, deputat E.Nəsirov seçicilərini narahat edən məsələlər, qarşılaşdıqları problemləri ilə tanış olub. 

Qəbulda iştirak edən onlarla seçicinin problemi yerində həll olunub, digərləri ilə bağlı aidiyyatı qurumlara müraciət ediləcəyi bildirilib.

Xatırladaq ki, Elman Nəsirov 89 saylı Göyçay – Ağdaş seçki dairəsindən Milli Məclisə deputat seçilib. Parlamentin İnsan hüquqları, Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitələrinin üzvüdür.