Gənclər fonduXəbər xətti

“Qadınlara qarşı gender əsaslı zorakılıq mübarizədə gənclərin rolu” adlı layihə icra olunub

“Gənclərin Töhfəsi” İctimai Birliyi dekabr ayı çərçivəsində Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun maliyyə dəstəyi, Bakı Şəhər Gənclər və İdman Baş İdarəsinin tərəfdaşlığı ilə “Qadınlara qarşı gender əsaslı zorakılıq mübarizədə gənclərin rolu” adlı layihəsini icra etdi.

 

Layihənin məqsədi Azərbaycanın birçox regionunda gənc nəsil arasında “Qadınlara qarşı məişət zorakılığını Dayandır” kompaniyasını təbliğ etmək, Azərbaycanda qadınların hüquqlarını, gender bərabərliyinə hörməti inkişaf etdirmək və məişət zorakılığı aradan qaldırmaqdan ibarətdir. “Qadınlara qarşı gender əsaslı zorakılıq gənclərin gözü ilə” maarifləndirmə kompaniyası Şabran, Xaçmaz, Quba, Qusar, Masallı, Salyan və Biləsuvar rayonlarını əhatə etməklə təlimlər keçirildi. Təlimlər zamanı iştirakçılara maarifləndirici bukletlər, kitablar paylanıldı. İştirakçılar təlim sonrası iştirakçı sertifikatları ilə təltif olundu.