Azərbaycanda mollaların sayına görə hansı rayon birincidir? – STATİSTİKA
2018-ci ildən mollalar “Mənəvi Dəyərlərin Təbliği Fondu”ndan maaş alacaqlar. Topladığımız məlumata əsasən, bu puldan ən çox Kürdəmir rayonunu alacaq. Ən az isə Xızı, Şəmkir, Sədərək, Naftalan, Göygöl və Daşkəsəndə.
Qafqaz Müsəlmanları İdarəsi tərəfindən (QMİ) məscidlərə təyin olunmuş imamlar, imam naiblər və bu kimi vəzifə daşıyan digər şəxslər dövlətdən əmək haqları əldə edəcəklər. QMİ-nin saytında 920 din xadiminin adı qeyd olunub. Onların məlumatlarına əsasən apardığımız analiz göstərir ki, Bakı rayonları ayrı-ayrılıqda mollaların sayına gör ilk yerlərdə deyil. Paytaxtın bütün rayonlarını götürdükdə QMİ-nin 74 rəsmi nümayəndəsi var, halbuki Kürdəmir və Ucar rayonlarının birgə göstəricisi 77-dir.
Aşağıdakı görüntüdən istənilən rayonları müqayisə edə bilərsiniz. Sadəcə sağ küncdəki rayon adlarının qarşısına “quş qoymaq” yetərlidir.
Ölkədə din xadimləri hamısı eyni vəzifəni icra etmirlər. Məsələn, Azərbaycanda cəmi bir nəfər Qazı və Axund adlarını eyni zamanda daşıyır. O, Ağdamın Xındırıstan kəndinin din xadimidir.
Mənəvi Dəyərlərin Təbliği Fondunun nizamnamə kapitalı 100 000 manatdır. O, 2017-ci ilin 10 oktyabrında yaradılıb. İstifadə olunmuş məlumatlar, QMİ-nin saytından götürülüb. (eslinde.com)