“Dəmir Bank” bağlanan sonuncu bank deyil” – İLK AÇIQLAMA
“Dəmir Bank” devalvasiyadan sonra bağlanan sayca 14-cü bankdır. Bununla da bankların sayı 30-a düşdü.
Tanınmış iqtisadçı Samir Əliyev “Marja“ya bildirdi ki, “Dəmir Bank”, bağlanan sonuncu bank deyil:
“Bəzi banklar var ki hələ də devalvasiyanın neqativ fəsadlarından qurtula bilməyiblər. Ona görə də gələn il bankların sayının azaldılması prosesi davam edəcək. Daha bir neçə bank bağlanmağa namizəddir. İlk devalvasiyadan sonra banklara dəstək verilsəydi, indi belə vəziyyət də yaranmazdı. Hökumət təcili bankların sağlamlaşdırılması proqramını işə salmalıdır və diqqəti böyük banklardan digərinə yönəltməlidir”.