GündəmKriminalManşetXəbər xətti

Bakıda faciə: Ana və oğlunun meyiti tapıldı

Bakıda ana və azyaşlı oğlu dəm qazından boğulub.Lent.az xəbər verir ki, hadisə Nizami rayonunun Keşlə qəsəbəsi, Abdulla Mirzəyev küçəsindəki həyət evində baş verib.

 

1991-ci il təvəllüdlü Məmmədova Aygün Məhərrəm qızı 5 yaşlı oğlu Turalla hamamda olarkən dəm qazından boğulub. Ana və oğlundan xəbər çıxmadığını görən yaxınları hamama daxil olanda, onların hər ikisinin öldüyünü görüblər.

 

Faktla bağlı araşdırma aparılır.