Rusiyada sərxoş azərbaycanlı qardaşını öldürdü
Böyük qardaş kiçiyini ov tüfəngi ilə ürəyindən vurub
Sankt-Peterburqda azərbaycanlı qardaşlar arasında yaşanan mübahisə ölümlə nəticələnib.”Piter.tv“nin verdiyi məlumata görə, hadisə Telejnı küçəsində mənzildə baş verib.
Bildirilir ki, Sankt-Peterburqun mərkəzində yaşayan 31 və 48 yaşlı qardaşlar hadisə baş verən gün birlikdə spirtli içki içiblər və aralarında mübahisə yaranıb. Nəticədə, Tərlan adlı böyük qardaş ov tüfəngi ilə qardaşını ürəyindən güllələyib. Yaralanan qardaş yerindəcə ölüb.
Hadisəni törətmiş şəxs saxlanılıb. O, etiraf edib ki, qardaşını sadəcə qorxutmaq istəyib, tüfəngin dolu olmasından xəbərsiz olub.
Faktla bağlı cinayət işi açılıb.