KriminalXəbər xətti

Tovuzda araqdan zəhərlənmə: 52 yaşlı kişi öldü

Tovuz rayonunda spirtli içkidən zəhərlənən şəxs ölüb.Dekabrın 14-də gecə saatlarında komatoz vəziyyətdə xəstəxanaya gətirilən 1965-ci il təvəllüdlü Cəfərov Xəqani Kavış oğlu dərhal süni nəfəs aparatına qoşulsa da, onun həyatını xilas etmək mümkün olmayıb.

Qeyd edək ki, hadisə dekabrın 14-də Tovuz rayonunun Cəlilli kəndində baş verib.