UNEC-də doktorantura təhsilində yenilik
UNEC-də doktorantura pilləsi üzrə tədris proqramı və imtahanlarının təşkili qaydaları hazırlanıb.
UNEC-in Marketinq və Kommunikasiya Departamenti, İctimaiyyətlə Əlaqələr Şöbəsindən Aktor.Az-a verilən məlumata görə, qaydalar doktorantura təhsilinin məzmunu, elmi tədqiqat işləri, tədris yükünün həcmi, tədris mərhələlərinin müddəti, tədris növləri və ayrı-ayrı fənlərin həcmini əhatə edir. Yeni qaydalara görə, doktorant və dissertantlara ilk 1 il müddətində beynəlxalq təcrübəyə uyğun tədqiqatyönümlü dərslər təşkil olunacaq.
Yeni qaydalarda doktorantların mobilliyini təmin edən göstəricilər və təhsil proqramlarının dövlətlərarası müqayisəsi və tanınması prosedurları da açıqlanıb. Bu qaydalarda həm doktoranturaya qəbul imtahanlarının, həm də doktorluq imtahanlarının təşkili və keçirilməsi üzrə müasir tələblər qeyd edilib. Tədris ili yaz və payız semestrindən ibarət olacaq.