Röyanın mükafat alması Türkiyədə narazılıqla qarşılandı: “Bunu kim buraxıb səhnəyə?”
Xəbər verdiyimiz kimi, Azərbaycanın əməkdar artisti Röya Ayxan “Altın Kelebek” mükafatına layiq görülüb.
AZXEBER.COM xəbər verir ki, Röyanın “Azərbaycanın ən parlaq ulduzu” mükafatını alması Türkiyədə birmənalı qarşılanmayıb.
Qardaş ölkənin sosial şəbəkələrində bu addım ciddi narazılıqla qarşılanıb və təşkilatçılar sərt tənqid olunub.
Türkiyəli istifadəçilər Röyanı səhnədə görüb, sosial mediada yazıblar:
“Röyanın bu mərasimə nə dəxli var?
“Nə mənasız addımdır bu, Röyaya niyə mükafat verirlər?”
“Bu adam kimdir? Bunu kim buraxıb səhnəyə? Bunun Türkiyəyə nə dəxli var?”
“Deyəsən, ölkəmizdə solist yoxdur, gedib Azərbaycandan gətirmişik”
“Azərbaycanın ən parlaq ulduzu mükafatını anlamadım. Deyəsən, Röya pulları töküb, özünə yeni kateqoriya açdırıb”
“Rəsmən komediya. Sırf Röya deyə birinə mükafat vermək üçün Azərbaycanın ən parlaq ulduzu kateqoriyasını uydurublar”
“Bu adamı qınamaq istəmirəm amma bu mükafat Nəsrin Cavadzadəyə verilməli idi”
“Azərbaycanın mükafatını biz niyə veririk? Bu qədər “saçma-sapan” tədbir görməmişdim”
Qeyd edək ki, Röya səsvermə yolu ilə Nigar Camal və Miri Yusifi qabaqlayaraq “Azərbaycanın ən parlaq ulduzu” seçilib.