Qəzada yaralanan 4 hərbçimizdən biri dünyasını dəyişdi
Qax rayonundan toydan qayıdarkən Şəkidə avtomobil qəzasına uğramış 4 hərbçidən biri dünyasını dəyişib.
Virtualaz.org -un məlumatına görə, 2 gün əvvəl toydan qayıdan zaman avtomobil qəzasında ağır xəsarətlər alan 1994-cü il təvəllüdlü Salyan rayon sakini Məhəmməd Qalib oğlu Heydərov ötən axşam dünyasını dəyişib.
Xatırladaq ki, iki “Mercedes”in qarşı-qarşıya toqquşduğu həmin qəzada maşınların birində olan 3 nəfər ölmüş, 5 nəfər yaralanmışdı. Yaralılardan 4 nəfəri həbrbçi idi. Həmin vaxt vəziyyətləri nisbətən sabitləşən yaralılar – Murad Bağırov, Elvin Qasımlı və Rəşad Aslanlı Gəncə şəhərindəki hospitala göndərilmişdi. Başından ağır xəsarət alan Məhəmməd Heydərov isə koma vəziyyətində Bakıda yerləşən Hərbi Hospitala yerləşdirilmişdi.
24 yaşlı Məhəmməd Heydərov bu gün Salyan rayonunda torpağa tapşırılacaq.