Aktor TvFəxriyyə MəmmədovaSağlıqVideo xəbərXəbər xətti

İsterik nevrozları necə müəyyənləşdirmək olar? – Fəxriyyə Məmmədova/VİDEO

Bu gün bir çox insanları narahat edən problemlərdən biri isterik nevrozlardır. Mütəxəssislərə görə, bu cür xəstəliklər cəmiyyətimizdə çox yayılıb. Amma məsələ burasındadır ki, çoxları özlərində müşahidə olunan bu halların psixoloji problem olmasından məlumatlı deyillər.

 

Bu barədə Aktor.Az-a tanınmış psixoterapevt Fəxriyyə Məmmədova danışıb:

 

 

Məmmədova Fəxriyyə Xanış qızı 1957-ci ildə Qubadlı rayonunda müəllim ailəsində anadan olub. Ağdam şəhərində 2 saylı beynəlmiləl orta məktəbini bitirərək, elə həmin il Azərbaycan Dövlət Tibb Universitetinə daxil olub.

1987-ci ildən etibarən Şuşa, Laçın, Ağdam şəhərlərində, daha sonra isə İran İslam Respublikasında həkim işləyib. Hazırda Bakı şəhəri Yasamal rayonundakı 3 saylı poliklinikada çalışır.

Həkim psixoterapevtdir.Mütəmadi olaraq dövrü mətbuatda, dövlət televiziya kanallarında maarifləndirici mövzularda çıxışlar edir.Rusiya, Qırğızıstan, Moldova, Almaniya, Fransa və digər ölkələrdə müxtəlif tibbi konfranslarda iştirak edib.

2015-ci ildə Fəxriyyə Məmmədovanın “Dünyada sülh, ailədə sülhdən başlayır” adlı kitabı dərc olunub.Ailəlidir, bir övladı var.

Peşəkar həkimin fərdi internet saytı da fəaliyyət göstərir. Daha ətraflı məlumat əldə etmək üçün bu ünvana daxil ola bilərsiniz: http://www.fakhriyyamammadova.com/

 

Həkimlə əlaqə telefonları:

+994 50 317 4195

+994 50 581 5542

Bir cavab yazın