Azərbaycanda iki nazır dəyişdi
Prezident İlham Əliyev Fazil Məmmədovun vəzifəsindən azad edilməsi haqqında sərəncam imzalayıb.
Sərəncamda qeyd olunur ki, Fazil Əsəd oğlu Məmmədov Azərbaycan Respublikasının vergilər naziri vəzifəsindən azad edilsin.
Dövlət başçısının digər sərəncamı ilə Mikayıl Çingiz oğlu Cabbarov Azərbaycan Respublikasının təhsil naziri vəzifəsindən azad edilib.