“Sağlam yaşamaq naminə ətraf mühiti qoruyaq” layihəsinin daha bir uğurlu təlimi baş tutub – FOTOLAR
Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun maliyyə dəstəyi ilə həyata keçirilən “Sağlam yaşamaq naminə ətraf mühiti qoruyaq” layihəsi çərçivəsində növbəti təlim keçirilib.
Aktor.Az xəbər verir ki, təlimi layihə rəhbəri Cavidan Ağazadə açaraq qeyd edib ki, müstəqillik əldə etdikdən sonra qarşılaşdığımız ən mühüm məsələlərdən biri də ətraf mühitin mühafizəsi ilə bağlı problemlərin həllinə ictimaiyyətin aktiv və könüllü cəlb edilməsidir.
“Ölkədə davamlı və sürətli inkişafın olmasına baxmayaraq regionlarda əhalinin ətraf mühütin qorunması və ekoliji maarifləndirmənin təbliği və praktik tətbiqi zəif olduğu üçün cəmiyyətdə yeni ekoloji düşüncə və təfəkkürün, mədəniyyətin formalaşması vacib vəzifələrindən biri kimi qarşıda durur.İnsanların təbiətə dərk edilməmiş münasibəti bu sahədə daha sürətli inkişafa nail olmağa imkan vermir. Ölkədə ətraf mühitin mühafizəsi tədbirlərinin yüksəldilməsi üçün uşaqlar, məktəblilər, tələbələr, dövlət qulluqçuları, qeyri-hökumək təşkilatları və əmək fəaliyyəti ilə məşğul olan fərdi sektorun nümayəndələri arasında əlaqələndirilmiş kütləvi maarifləndirmə sisteminin yaradılmasına, onlarda təbiətdən səmərəli istifadə olunması vərdişlərinin aşılanması üçün fasiləsiz təhsil sisteminin qurulmasına, xüsusi ixtisaslaşdırılmış kurslara ciddi ehtiyac duyulur. Bilik və bacarıqların gələcəyə ötürülməsində ən aktiv qüvvə gənclər olduğu üçün onlara daha çox diqqət ayrılmalıdır.Regionda yaşayıb fəaliyyət göstərən gənclərimizin bu sahədə maariflənməsinə və inkişaf etdirilməsinə ehtiyac daha çoxdur. Davamlı inkişafın təmin edilməsi məsələləri region gəncləri üçün yeni bir istiqamətdir və bu biliklərə yiyələnmək onların gələcək fəaliyyətlərində peşəkarlığa doğru böyük addım olacaq”.
Daha sonra çıxış edən ekspertlər Telman Məmmədov, Zaur Məmmədov, Xanım Paşayeva, Coşqun Ələkbərov və digərləri ətraf mühitin qorunması sahəsində bilik və bacarıqlarının artırılması və maarifləndirmə işinin gücləndirilməsinin əhəmiyyəti barədə fikirlərini bildiriblər.Eyni zamanda gənclərə ökənin ekoloji vəziyyəti, yaşıl iqtisadiyyat və davamlı inkişaf və s. mövzularda geniş və interaktiv informasiya vermiş, bu istiqamətdə gəncləri fəal olmağa sövq etməyə, gənclərin ətraf mühit sahəsində bilik və bacarıqlarının artırılmasının vacibliyini iştirakşıların diqqətə çatdırılmışdır.
Tədbir qarşılıqlı fikir mübadiləsi ilə davam edib.Təlmin yekununda iştirakçılara şəhadətnamələr təqdim edilib.