Son dəqiqə: Saakaşvili həbs edildi – VİDEO
Mixail Saakaşvilinin evinə naməlum şəxslər hücum edib.Aktor.Az xəbər verir ki, bu barədə informasiyanı öz Feysbuk səhifəsində Ukrayna Baş prokurorunun keçmiş müavini David Sakvarelidze paylaşıb. Onun sözlərinə görə, hazırda bu şəxslər Saakaşvilinin evinin qapısını sındırmağa çalışırlar. Sakvarelidze həmçinin eks-prezidentin tərəfdarlarını Saakaşvilinin evinin qarşısına toplanmağa çağırıb.
Ukrayna mətbuatına açıqlamasında isə Sakvarelidze Saakaşvilinin hazırda yaşadığı binanın damında olduğunu bildirib. Eks-müavin həmçinin hazırda onun evində axtarış aparıldığını vurğulayıb.
***
Hazırda Saakaşvili evin damında hüquq-mühafizə orqanlarının əməkdaşları ilə danışıq aparır. Siyasətçi bildirib ki, ona toxunacaqları təqdirdə özünü damdan atacaq.
***
Saakaşvili həmçinin evinin damından tərəfdarlarına müraciət edib. O, tərəfdarlarını provokasiyaya getməməyə çağırıb. Saakaşvili həmçinin onu Pyotr Poroşenkonun əmri ilə həbs etmək istədiklərini söyləyib.
***
Verilən son məlumata əsasən, Saakaşvili artıq saxlanılıb.