“Aİ-nin separatizmə münasibəti bumeranqa çevrilməkdədir”
Avropa İttifaqının (Aİ) separatizmə münasibəti Avropa ölkələri üçün bumeranqa çevrilməkdədir.
Aktor.Az-ın məlumatına görə, bunu Azərbaycan Prezidentinin xarici siyasət məsələləri üzrə köməkçisi – şöbə müdiri Novruz Məmmədov “Twitter”dəki səhifəsində yazıb.
N.Məmmədov qeyd edib: “Avropa İttifaqının ötən illərdə separatizmə münasibəti Avropa ölkələri üçün bumeranqa çevrilməkdədir. Tarixin bir qanunu belədir: Böyüklərin böyük səhvləri özlərinə problemə çevrilir”.