QHT və partiyalara XOŞ XƏBƏR – BÜDCƏ
Gələn il üçün siyasi partiyalara ayrılan vəsait artırılıb.
Aktor.Az xəbər verir ki, Milli Məclisin bu gün keçirilən plenar iclasında maliyyə naziri Samir Şərifov bildirib ki, 2018-ci ildə siyasi partiyalar üçün vəsait 20% və ya 500 min manat artırılaraq 3,1 milyon manata çatdırılıb.
Nazir qeyd edib ki, QHT-lərə ayrılan vəsait də 600 min manat və yaxud 2017-ci il illə müqayisədə 12,1% artırılaraq 5,6 mln. manat olub.