Keyfiyyətli suyun mənbəyi – “Aquavita” / VİDEOREPORTAJ
Su – həyatın əsasıdır, o, insan sağlamlığında mühüm rol oynayır. İlk baxışdan hər şey çox sadə görünə bilər, o, orqan və toxumaların həyat fəaliyyətinin təmin edilməsi üçün zəruri olan maddələrin böyük hissəsini həll edir. Bəs biz içdiyimiz su haqqında nələri bilirik?
Hansı suyun içmək üçün faydalı olduğunu başa düşmək üçün onun nədən ibarət olduğunu öyrənməyi qərara aldıq.
Su təklif edən bəzi şirkətlər öz istehsallarında “əks osmos” təmizləmə sistemindən istifadə edir, bununla da son nəticədə distillə edilmiş su buraxmış olurlar. Əks osmos haqqında danışarkən demək olar ki, bu, suyun təmizlənməsi prosesidir ki, bundan sonra o, praktiki olaraq distillə edilmiş suya çevrilir. Nəticədə praktiki olaraq bütün mineral maddələrdən azad edilmiş, bununla belə içmək üçün yararlı su alınır. Bir sözlə, “ölü su”. Nəticədə istehlakçıların ağız dadı dəyişir və onlar yanlış olaraq bu cür suyu “yüngül” su kimi qəbul eidrlər.
Lakin Dünya Səhiyyə Təşkilatının ekspertləri müəyyən etmişlər ki, distillə edilmiş suyun (xassələrinə görə o, minerallardan azad edilmiş osmotik suya yaxındır) istehlakı orqanizmdən minerlalların çıxarılmasının artmasına gətirib çıxarır. Bu tədqiqatdan sonra Almaniya qida cəmiyyətinin mütəxəssisləri distillə edilmiş suyun istehlakından çəkinməyi tövsiyə edirlər. Onlar öz qərarlarını bununla əsaslandırırlar ki, insan orqanizmində olan mayenin tərkibində həmişə kalium və natrium mövcuddur.
Dünya Səhiyyə Təşkilatının ekspertləri istehlak üçün tərkibində heç olmazsa, mühüm mineralların minimal miqdarının və bəzi digər komponentlərin, məsələn, karbonatların olduğu suyu tövsiyə edirlər.
Su “sıfırlaşdıqdan” sonra onun süni minerallaşdırılması üsulları da mövcuddur. Bu artıq natural deyil, sintetik sudur.
Suyun hazırlanmasının bütün prosesi ilə yaxından tanış olmaq, necə deyərlər, onu daxildən görməyə bizə “TAC” şirkətində kömək etməyə razılıq verdilər – hamının tanıdığı məşhur “Aquavita” zavodunda. Yeri gəlmişkən, Aquavita – bu şirkət tərəfindən istehsal olunan çoxlu sayda su və sərinləşdirici içkilər brendləri arasında birincidir və yəqin ki, yerli mineral sular bazarda ən populyar və satılan markalardan biridir.
Aquavita natural təbii sudur
Şirkətin əməkdaşları ilə söhbət edərkən ilk növbədə hiss etdiyimiz bu oldu – suyun mənbəyi şirkətin fəxridir. “Aquavita” Bakıdan 200 km məsafədə, Xaçmaz
rayonunun Susayqışlaq kəndinin təmiz meşə massivində yerləşən artezian quyusundan 420 metr dərinlikdən çıxarılır. O, ətraf mühitin bioloji və kimyəvi çirklənməsindən möhkəm qorunur.
Su çıxarıldıqdan sonra təbii mineral tərkibini saxlamaq üçün xüsusi avtosisternlərdə zavoda gətirilir. Çatdırıldıqdan sonra su yüklənən stansiyaya düşür, çoxpilləli nəzarət proseslərindən: analiz, filtrasiya və zərərsizləşdirilmədən keçir və xüsusi çənlərə tökülür. Oradan dünya standartlarının qabaqcıl tələblərinə cavab verən avadanlıqlar suyu istehsal xətlərinə yönəldir. İstehsal tsiklinin bütün texnoloji prosesləri avtomatik rejimdə keçir. Şirkətin bütün məhsulları həm içməli sular, həm də müxtəlif alkoqolsuz içkilər “Krones”, “Husky”, “Universal Aqua” və s. kimi qabaqcıl beynəlxalq istehsalçıların avadanlıqları ilə hazırlanır.
Zavodun “ürəyi”
Sonra biz zavodun istehsalat meydançasına yollandıq. 2011-ci ilin yayında şirkətin zavodunda içməli suyun və alkoqolsuz içkilərin qablara tökülməsi üzrə “Krones” alman şirkətinin istehsalı olan yeni avadanlıq alınmışdır. Texnoloji yenidən silahlanma burada nəinki hazır məhsul buraxılışını artırmış, həm də ilkin suyun keyfiyyətinin və təmizlənməsinin nəzarət sistemini yüksəltməyə imkan vermişdir.
“Krones” – bütün dünyada məşhur olan bütün növ qida məhsulları üçün xətlər hazırlayan müəssisədir. Bu avadanlıq ən yüksək keyfiyyətli məhsullar hazırlamağa imkan verir. İstehsal prosesi insanın su ilə təmasda ola biləcək hər hansı imkanı tam istisna edir. Məhsulun üfürülməsindən başlayaraq hazır məhsulun tam yüklənməsinə qədər bütün istehsal proseslərinə müasir elektron avadanlıqları vasitəsilə tam nəzarət edilir.
“Aquavita” nə ilə fərqlənir
İstehsalın bütün mərhələlərində suyun kimyəvi, mikrobioloji və orqanoleptik nəzarəti həyata keçirilir. Bu vəzifələrin yerinə yetirilməsi iki laboratoriyanın əməkdaşlarının: zavodda uğurla fəaliyyət göstərən kimya və mikrobiologiya, həmçinin, texnoloji xidmətin üzərinə düşüb. Onu da qeyd etmək lazımdır ki, “TAC” şirkətinin laboratoriyaları Azərbaycan Respublikası Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi tərəfindən akkreditasiya keçmişdir və şirkət yerli bazarda təqdim olunan istənilən növ məhsulun analizini keçirməyə imkan verən xüsusi sertifikatlar almışdır.
Şirkətin kimyaçı laborantı Sevinc Həsənova bizə söylədi ki, “Bizim su unikaldır, özündə təbiətin bəxş etdiyi bütün mineralları saxlamışdır. “Aquavita”nın digər istehsal olunan sulardan fərqi ondan ibarətdir ki, ana təbiətin özü istehlakçı üçün qüsursuz təmiz, mineral maddələrlə zəngin və yüngül dadı olan ideal
balanslaşdırılmış su yaratmışdır. Unikal tərkibinə, mineral duzların və mikroelementlərin zənginliyinə görə “Aquavita” insan orqanizminə zəruri olan maddələri almağa və həmişə tonusda qalmağa imkan verir”.
Öz növbəsində, mikrobioloq Gülnarə Şahnamazova da izah etdi ki, “Bizim bütün işimiz suyun mənbədə olan təbii mineral tərkibinin saxlanmasından ibarətdir. Zavoda gətirilən su bütün mexaniki qarışıqlardan təmizlənir, ultrabənövşəyi şüalarla zərərsizləşdirilir və bütün sanitar-gigiyena norma və qaydalarına riayət edilməklə müxtəlif tutumlu butulkalara tökülür. Suyun ozonlaşdırılması və ozonla zənginləşdirilməsi (O3) suyun emalı və qablaşdırılması prosesindən asılı olaraq həyata keçirilir. Bu, suyu uzun müddət, tərkibi dəyişmədən və sağlamlıq üçün təhlükə yaratmadan saxlamağa imkan verir”.
Keyfiyyətin 20 ili
“TAC” şirkəti 20 il əvvəl yaradılmışdır. Şübhəsiz ki, o, qabaqcıl texnologiyalar və müasir avadanlıqlar sayəsində uzun müddət bazarda qala bilmişdir. Yüksək keyfiyyətli xammaldan, qabaqcıl texnika və mütərəqqi texnologiyadan istifadə, həmçinin, suyun hazırlanması problemləri ilə məşğul olan yüksək ixtisaslı mütəxəssislərin Rusiyadan, Almaniyadan, Fransadan, Türkiyədən cəlb edilməsi şirkətin məhsullarının yüksək qida dəyərini və gözəl dad keyfiyyətlərini təmin edir.
Texniki inkişaf üzrə direktor Yaşar Babaxnovun sözlərinə görə, “Fəxrlə qeyd etmək istəyirəm ki, “TAC” Azərbaycanda suyun üfürülməsinin və qablara tökülməsinin blok sistemindən istifadə edən ilk şirkətdir. Proses vahid germetik blokda baş verir, bura binada olan, necə deyərlər, texniki hava daxil olmur. Müvafiq olaraq, qablara hər hansı mikrobların düşməsi imkanı da istisna edilir. Suyu tökdüyümüz qab polietilentereftalatdan hazırlanır. Bu material bütün dövlətlərdə yeyinti məhsulları ilə kontakt üçün yararlıdır və müvafiq olaraq, bu qablarda suyu təhlükəsiz saxlamaq mümkündür”.
“Təkrar olaraq yalnız dispenserlər üçün nəzərdə tutulan 20 litrlik butulkalardan istifadə edirik. Lakin onlar da müasir Amerika avadanlıqlarında dəqiq dezinfeksiyadan keçirilir. Bir sözlə, bizim keyfiyyətə nəzarət sistemi istehlakçılar tərəfindən faydalı suyun alınmasına zəmanət verir”, – deyə Yaşar müəllim izah etdi.
“Təbii suyun istehsalında ən mühüm mərhələlərdən biri – onun saxlanmasıdır. “Canlı suyu” birbaşa günəş şüalarından qorumaq lazımdır. Qeyd etmək istəyirəm ki, şirkətin bütün məhsulları xüsusi olaraq fransız texnologiyalarına uyğun tikilmiş və günəş şüalarının 100% qarşısının alınmasını təmin edən anbarında saxlanılır ”, – deyə o, əlavə etdi.
“Aquavita” – Canlı sudur
“Hazırda yaranmış mürəkkəb ekoloji şəraitdə istehlakçıların təbii su və ekoloji təhlükəsiz içkilərlə təmin edilməsi şirkətimizin əsas vəzifəsidir. Məhz buna görə biz istehlakçıya təbii “canlı suyu” təqdim etməyə üstünlük veririk və prinsipial olaraq su hazırlanmasında əks osmos qurğularından istifadə etmirik. Su distillə mərhələsindən keçmir, bununla da bütün mineral maddələr kompleksi dəyişmədən, natural formada qalır. “Aquavita” gündəlik istifadə üçün nəzərdə tutulmuş yüksək keyfiyyətə malik sudur” – deyə şirkətin marketinq və kommunikasiyalar şöbəsinin direktoru Sürəyya Verdiyeva izah etdi.
“TAC”Azərbaycanda əhalini keyfiyyətli içməli su ilə təmin etmək üçün yaradılmış ilk şirkətdir. 20 ildir ki biz öz işimizdə “Suyun keyfiyyəti – həyatın keyfiyyətidir!” şüarına sadiqik, və bu da işimizdəki uğurun və yerli bazarda nüfuzumuzun səbəbidir. Beynəlxalq İSO 9001:2008 və İSO 22000:2015 sertifikatları buraxdığımız məhsulların həm yüksək keyfiyyəti, həm də təhlükəsizliyinə dəlalət edir”.
“Aquavita” ticarət markası “Həyat suyu” deməkdir və öz adına tam uyğundur!” – deyə o, əlavə etdi.
Nəticə etibarilə demək olar ki, təbii sudan istifadə etmək həyatımız üçün həqiqətən də vacibdir. Əgər siz də sağlam olmaq istəyirsinizsə, “Həyat Suyu”nu seçin!”.