FotoGündəmManşetSiyasətSosialTəhsilXəbər xətti

Kamal Abdullanın oğlu elmlər doktoru oldu – FOTOLAR

Prezident yanında Dövlət İdarəçilik Akasdemiyasının Humanitar ve Sosial məsələlər üzrə prorektoru Mehdi Abdullayevə elmlər doktoru elmi dərəcəsi verilib.

 

Aktor.Az xəbər verir ki, sentyabr ayının 22-də Azərbaycan Prezidenti  Yanında Ali Attestasiya Komissiyası tərəfindən M. Abdullayevə hüquq üzrə elmlər doktoru elmi dərəcəsi verilib.

 

Qeyd edək ki, M. Abdullayev 1980-ci ildə Bakı şəhərində doğulub. Yazıçı, ədəbiyyatşünas alim, Bakı Slavyan Universitetinin rektoru Kamal Abdullanın və akademik, millət vəkili, AMEA-nın Şərqşünasliq İnstitutunun direktoru Gövhər Baxşəliyevanın oğludur. O, Bakı Dövlət Universitetinin hüquq fakültəsini və Dövlət Dillər Universitetinin tərcümə fakültəsini bitirib.

 

Ədliyyə Nazirliyində aparıcı mütəxəssis, İstintaq İdarəsində müstəntiq işləyib. Milli Elmlər Akademiyasının İnsan Hüquqları İnstitutunda çalışıb. Prezident Yanında Dövlət İdarəçilik Akademiyasında müəllim, baş müəllim, dekan müavini olub.

 

2005-ci ildə “Cinayət prosesində insan hüquqlarının müdafiəsi: Avropa Şurasının standartları və Azərbaycan Respublikasının qanunvericiliyi” mövzusunda namizədlik dissertasiyası müdafiə edib.

 

2009-cu ildə Azərbaycan Müəllimlər İnstitutunun beynəlxalq əlaqələr üzrə prorektoru vəzifəsinə təyin olunub.

 

5 iyun 2009-cu ildə Dağlıq Qarabağ Bölgəsinin Azərbaycanlı İcması İctimai Birliyinin birinci qurultayında İcmanın Əlaqələndirmə Şurasının sədri seçilib.

 

2010-cu ilin aprel ayında Azərbaycan Dövlət Pedaqoji Universitetinin beynəlxalq əlaqələr üzrə prorektoru vəzifəsinə təyin olunub.

 

2016 cı ilin sentyabr ayından isə  Prezident yanında Dövlət İdarəçilik Akasdemiyasının humanitar ve sosial məsələlər üzrə prorektorudur.

 

 

 

 

 

 

Bir cavab yazın