FotoTəhsilXəbər xətti

Milan Politexnik Universitetinin prorektoru AzMİU-da mühazirə oxuyub – FOTO

İtaliyanın Milan Politexnik Universitetinin prorektoru, UNECKO-nun eksperti, professor Federiko Buççi bu gün Azərbaycan Memarlıq və İnşaat Universitetinin (AzMİU) Memarlıq fakültəsinin müəllimləri və tələbələrinə mühazirə oxuyub.

AzMİU-dan Aktor.Az-a verilən məlumata görə, “1920-2000-ci illərdə Milanın memarlıq məktəbləri” adlı mühazirəsində professor bu dönəmdə görkəmli italyan memarların İtaliyada, eləcə də müxtəlif ölkələrdə müəllifi olduqları memarlıq nümunələrindən danışıb.

Mühazirədən sonra F.Buççi AzMİU-nun rektoru, professor Gülçöhrə Məmmədova ilə görüşüb. Qonaqları salamlayan rektor italiyalı həmkarına müəllim və tələbə heyəti üçün hazırldığı mühazirəyə görə təşəkkürünü bildirib. O, Milan Politexnik Universiteti ilə əməkdalığın inkişafından razı qaldığını bildirib, bu əlaqələrin digər istiqamətlərdə (magistratura səviyyəsində ikili diplom, memarlıq abidələrinin bərpası, UNECKO kafedrasının yaradılmasında kömək və s.) də müsbət nəticələnəcəyinə ümidvar olduğunu bildirib.

Cənab Buççi səmimi qəbul üçün rektora təşəkkürünü bildirib, universitetlər arasında əlaqələrin daha da inkişaf etməsi üçün əlindən gələni edəcəyini vurğulayıb.

Görüşün sonunda rektor dünyanın müxtəlif futbol klublarına məxsus əşyalardan ibarət kolleksiya toplayan F.Buççiyə “Qarabağ” futbol klubunun idman köynəyini və Qobustan dövlət tarixi-bədii qoruğuna həsr olunmuş kitab hədiyyə edib.

 

Bir cavab yazın