ƏdəbiyyatGündəmManşetMədəniyyətSabir FonduSiyasətTəhsilXəbər xətti

Sabirin virtual muzeyinin yaradılması işi başa çatır

Dahi satirik Mirzə Ələkbər Sabirin virtual muzeyi hazırlanması barədə məlumat vermişdik. Görkəmli ədibin adını daşıyan Fonddan Aktor.Az-a verilən məlumata görə, Sabir virtual muzeyinin yaradılması işi yaxın günlərdə başa çatdırılacaq.

 

Virtual Muzey Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının vəsaiti hesabına hazırlanır.Layihə çərçivəsində Mirzə Ələkbər Sabirə aid olun müxtəlif mənbələrdə – arxivlərdə, TV və radioda, kitabxanalarda, şəxsi kolleksiyalarda, muzeylərdə, internet resurslarında yer alan verbal, audio, video, foto məlumatlar toplanaraq vahid baza yaradılır. Artıq M.Ə.Sabirə həsr olunan rəssamlıq nümunələri, şairin ölkə ərazisində olan heykəl və büstlərinin görüntüləri, Sabirin Şamaxı şəhərindəki muzeyinin görüntüsü, onun ailəsinə məxsus faktlar  və bir çox digər məlumatlar işlənərək virtual muzey üçün hazırlanıb.

 

Maraqlı məqamlardan biri odur ki, Azərbaycan oxucusuna Sabirin bir-birinə zidd və hətta bir-birini tamamilə istisna edən fikirlərin son qoyulduğu dəqiq tərcümeyi-halı təqdim ediləcək.

 

Qeyd edək ki, layihənin yaxın günlərdə təqdimatı gözlənilir.