FotoManşetSiyasətXəbər xətti

İslahatlar dərinləşdirilməlidir – Qüdrət Həsənquliyev

Bu gün 36 saylı Xətai dördüncü seçki dairəsindən Azərbaycan Respublikası Milli Məclisinin deputatlığına namizəd, Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının (BAXCP) sədri Qüdrət Həsənquliyev Xətai rayonu, Mehdi Mehdizadə küçəsi 1208 ünvanında yaşayan seçicilərin təşəbbüsü ilə onlarla görüş keçirib.


Aktor.Az xəbər verir ki, görüşdə seçki platformasının əsas istiqamətlərindən söhbət açan Qüdrət Həsənquliyev problemlərin köklü həlli üçün ölkədə həyata keçirilən islahatların dərinləşdirilməsinin vacibliyini vurğulayıb.


Görüşdə iştirak edən seçicilər Qüdrət Həsənquliyevin millət vəkili və siyasətçi kimi fəaliyyətini uzun illərdir ki, yaxından izlədiklərini, onun sosial-iqtisadi, təhsil və digər istiqamətdə səsləndirdiyi fikirləri, irəli sürdüyü təşəbbüsləri bölüşdüklərini, bu səbəbdən də ona səs verəcəklərini bildiriblər. Görüşdə BAXCP sədrinin ictimai və dövlət maraqları ilə bağlı məsələlərdə hər zaman yüksək fəallıq göstərdiyi, prinsipial və obyektiv mövqe sərgilədiyi xüsusi olaraq vurğulanıb.


Daha sonra deputatlığa namizəd Qüdrət Həsənquliyev seçicilərin çoxsaylı suallarını cavablandırıb.

 

Bir cavab yazın